İsti havalarda dərman içənlərə xəbərdarlıq - VİDEO
İsti hava bəzi dərmanların orqanizmə təsirlərini dəyişdirə bilər.
Day.Az Xəzər TV-yə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
O, bildirib ki, isti hava insan orqanizminə müxtəlif təsirlər göstərərək bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər.
Bəs bunlar əsasn hansı dərmanlardır və hansı cür fəsadları ola bilər?
İsti havada bəzi psixatrik antidepressant dərmanları da orqanizmə mənfi təsir göstərə bilənlər sırasındadır. Bu dərmanlar tərləmənin və bədən temperaturunun azalmasına maneə törədə bilər. Bəzi antibiotik və göbələk əleyhinə dərmanların da isti havalarda istifadəsinin riskli yaratması mümkündür.
Mütəxəsis bildirir ki, yaşlılar, körpələr, uşaqlar, hamilə qadınlar və xroniki xəstəliklərdən əziyyət çəkənlər isti havanın mənfi təsirlərinə daha həssasdırlar. Bununla yanaşı şəkərli diabet üçün olan dərmanlar kimi bəzi preparatların istidə saxlanılmaması da vacibdir.
Daha ətraflı videomaterialı təqdim edirik:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре