https://news.day.az/azerinews/1863268.html Ağdaşın bu kəndlərində qaz kəsiləcək Sentyabrın 29-da saat 09:30-dan təmir-quraşdırma işləri başa çatanadək Ağdaş rayonunun 11 kəndində və Səməd Vurğun küçəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Day.Az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Ağdaşın bu kəndlərində qaz kəsiləcək

Azərbaycanca, 28 сентября 2026 17:26 (UTC +04:00) 229
Ağdaşın bu kəndlərində qaz kəsiləcək

Sentyabrın 29-da saat 09:30-dan təmir-quraşdırma işləri başa çatanadək Ağdaş rayonunun 11 kəndində və Səməd Vurğun küçəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Day.Az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, fasilə Türyançay, Dəhnəxəlil, Yuxarı Ağcayazı, Aşağı Ağcayazı, Qolqəti, Şəkili, Qoşaqovaq, Korarx, Cüvə, Pirkəkə və Ərəbocağı kəndlərini əhatə edəcək.

Xatırladaq ki, qaz xəttinin yerinin dəyişdirilməsi və "Qaz İxrac" İdarəsinin təmir işləri ilə əlaqədar sentyabrın 28-də Suraxanı rayonunun AB yaşayış massivində saat 10:00-dan, Qaradağ rayonunun Vulkan ərazisində isə saat 11:00-dan 13:00-dək qaz təchizatında müvəqqəti fasilə yaranacağı bildirilmişdi.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости