https://news.day.az/azerinews/1869109.html Ceyhun Bayramov Cayşankarla Ermənistanı müzakirə edib Regional vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin normallaşması, xüsusi olaraq tarixi Vaşinqton sammitindən sonra əldə edilmiş irəliləyişlər, müsbət məqamlar barədə fikir mübadiləsi apardıq.

Ceyhun Bayramov Cayşankarla Ermənistanı müzakirə edib

Azərbaycanca, 23 октября 2026 13:31 (UTC +04:00) 301
Ceyhun Bayramov Cayşankarla Ermənistanı müzakirə edib

Regional vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin normallaşması, xüsusi olaraq tarixi Vaşinqton sammitindən sonra əldə edilmiş irəliləyişlər, müsbət məqamlar barədə fikir mübadiləsi apardıq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə cümə günü Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankarla birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu kontekstdə həm Azərbaycan tərəfindən atılan birtərəfli bir sıra addımlar müzakirə olunub:

"Azərbaycan ərazisindən Ermənistana yüklərin daşınmasına olan məhdudiyyətlərin götürülməsi, ölkəmizdən bir sıra malların Ermənistana təchizinin başlanması, xüsusi olaraq neft məhsulları, dövlət qurumlarının nümayəndələrinin qarşılıqlı səfərləri, vətəndaş cəmiyyəti kontaktları və bir sıra digər məqamlar bu gün müzakirə edildi", - deyə Ceyhun Bayramov əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости