https://news.day.az/azerinews/1872253.html Braziliyada tornado aeroportu viran qoydu - VİDEO Braziliyanın Santa-Katarina ştatında güclü fırtınalar, o cümlədən iki tornado baş verib. Bu barədə CNN Milli Meteorologiya İnstitutunun (Inmet) məlumatlarına istinadən xəbər verib. Təbii fəlakət ölkənin cənubunda yerləşən Şapeko şəhərinin infrastrukturuna ciddi ziyan vurub.

Braziliyada tornado aeroportu viran qoydu - VİDEO

Azərbaycanca, 5 ноября 2026 14:03 (UTC +04:00) 238
Braziliyada tornado aeroportu viran qoydu

Braziliyanın Santa-Katarina ştatında güclü fırtınalar, o cümlədən iki tornado baş verib.

Bu barədə CNN Milli Meteorologiya İnstitutunun (Inmet) məlumatlarına istinadən xəbər verib.

Təbii fəlakət ölkənin cənubunda yerləşən Şapeko şəhərinin infrastrukturuna ciddi ziyan vurub. Belə ki, noyabrın 4-də tornado yerli Serafin Enos Bertaso hava limanında dağıntılara səbəb olub.

 

Küləyin sürəti saatda 126 kilometrə çatan tornado hava limanının terminalında və əsas zalında pəncərələri sındırıb, binanın fasadının bir hissəsini dağıdıb və terminala giriş hissəsinin çökməsinə səbəb olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости