https://news.day.az/azerinews/1872291.html Avropa aviareyslərində kütləvi "bomba" həyəcanı - Təyyarələr təcili eniş edir İrlandiyadan İtaliyaya uçan və göyərtəsində partlayıcı maddənin ola biləcəyi ehtimalı ilə Fransada eniş etməyi tələb edən sərnişin təyyarəsi Fransanın Evre-Fovil hərbi aviabazasında eniş edib. Day.Az xəbər verir ki, bu barədə TASS-a hava hərəkətini idarəetmə xidmətlərindəki mənbə məlumat verib.

Avropa aviareyslərində kütləvi "bomba" həyəcanı - Təyyarələr təcili eniş edir

Azərbaycanca, 5 ноября 2026 15:46 (UTC +04:00) 240
Avropa aviareyslərində kütləvi "bomba" həyəcanı

İrlandiyadan İtaliyaya uçan və göyərtəsində partlayıcı maddənin ola biləcəyi ehtimalı ilə Fransada eniş etməyi tələb edən sərnişin təyyarəsi Fransanın Evre-Fovil hərbi aviabazasında eniş edib.

Day.Az xəbər verir ki, bu barədə TASS-a hava hərəkətini idarəetmə xidmətlərindəki mənbə məlumat verib.

Bundan əlavə, Bolqarıstan, Avstriya, İtaliya və Belçikanın hava limanlarında da təyyarələrin məcburi eniş etməsi ilə bağlı müraciətlər daxil olub.

Bolqarıstan

Kopenhagendən və Madriddən uçan iki təyyarə elektron poçt vasitəsilə partlayıcı qurğu barədə məlumat daxil olduğu üçün Sofiyada eniş edib.

Londondan uçan daha bir təyyarə isə Plovdiv hava limanına enib.

Təyyarənin göyərtəsində olan 184 sərnişin avtobuslarla Sofiyaya aparılacaq.

Nova telekanalının Nəqliyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, hər üç təyyarə "Ryanair" şirkətinə məxsusdur.

Bolqarıstanın xüsusi xidmət orqanları təyyarələrdə, sərnişinlərdə və baqajda yoxlamalara başlayıb.

Avstriya

Milandakı Malpensa hava limanından havaya qalxaraq Varşavaya uçan "Wizz Air" şirkətinə məxsus təyyarə bomba təhlükəsi barədə daxil olan məlumat səbəbindən Vyanada məcburi eniş etməli olub.

"Il Messaggero" qəzetinin yazdığına görə, müvafiq siqnal təyyarə artıq havada olarkən daxil olub və şirkət məcburi eniş barədə qərar qəbul edib.

Helsinki şəhərindən havaya qalxaraq Romanın "Fiumicino" hava limanında eniş edən "Finnair" reysi ilə bağlı da analoji təhlükə barədə məlumat daxil olub.

Nəşrin məlumatına görə, təyyarəni İtaliya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı müşayiət edib.

Belçika

LOT aviaşirkətinin Varşavadan uçan təyyarəsi şübhəli məlumat daxil olduqdan sonra Brüsseldə uğurla təcili eniş edib. Bu barədə Soir qəzeti məlumat yayıb.

Brüssel Beynəlxalq Hava Limanının nümayəndəsi İsan Çiua Leklinin sözlərinə görə, həmin reyslə bağlı şübhəli siqnal barədə məlumat daxil olub.

O, məlumatın məzmununu açıqlamayıb, lakin yerdə əlavə təhlükəsizlik tədbirlərinin görülmədiyini bildirib.

Fransa

İrlandiyadan İtaliyaya uçan və göyərtəsində partlayıcı maddənin ola biləcəyi ehtimalı ilə Fransada eniş etməyi tələb edən sərnişin təyyarəsi Fransanın Evre-Fovil hərbi aviabazasında eniş edib. Qeyd olunur ki, təyyarə təxminən 22 il əvvəl istismara verilib və hazırda İrlandiyanın milli aviaşirkəti "Aer Lingus" tərəfindən istifadə olunur. Söhbət Dublindən Romaya uçan Airbus A320 sərnişin təyyarəsindən gedir. Təyyarənin ekipajı Fransanın hava məkanında olarkən göyərtədə fövqəladə vəziyyət barədə siqnal verib və enişə başlayıb.

Daha sonra RTL radiostansiyası bomba təhlükəsi barədə məlumat daxil olduqdan sonra təyyarənin hərbi aviabazaya yönləndirildiyini bildirib.

Vəziyyətin Fransa hökumətinin nəzarətində olduğu qeyd olunub.

İtaliya

İtaliyanın "Il Messaggero" qəzeti Helsinki şəhərindən havaya qalxan "Finnair" reysi ilə bağlı bomba təhlükəsi barədə məlumat daxil olduğunu bildirib.

Təyyarə Romanın "Fiumicino" hava limanında eniş edib.

Onu İtaliya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı müşayiət edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости