https://news.day.az/azerinews/1872501.html
Milli Məclisin saxlanılması xərcləri 39% artırılır
2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən Milli Məclisin saxlanılmasına 72,356 milyon manat vəsait ayrılacaq. Day.Az FED.az-a istinadən xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Bu, ötən illə müqayisədə 38,95 % çoxdur.
Milli Məclisin saxlanılması xərcləri 39% artırılır
2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən Milli Məclisin saxlanılmasına 72,356 milyon manat vəsait ayrılacaq.
Day.Az FED.az-a istinadən xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Bu, ötən illə müqayisədə 38,95 % çoxdur.
Sənədə əsasən, həmin vəsaitin 59,356 milyon manatı əməyin ödənişinə, 10,52 milyon manatı malların (iş və xidmətlərin) satın alınmasına, 0,334 milyon manatı sosial ödənişlərə, 0,763 milyon manatı dövlət icbari şəxsi sığorta xərclərinə, 1,385 milyon manatı isə qeyri-maliyyə aktivlərinə yönəldiləcək.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре