https://news.day.az/azerinews/1872504.html İrkutska uçan təyyarə qəza enişi edib Rusiyanın "İrAero" aviaşirkətinə məxsus təyyarə mühərrikində yaranan nasazlıq səbəbindən İrkutsk hava limanında qəza enişi edib. Day.Az xəbər verir ki, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğu "Telegram" kanalında məlumat yayıb. Bildirilib ki, təyyarə noyabrın 6-da Talakan - İrkutsk marşrutu üzrə uçuş həyata keçirib.

İrkutska uçan təyyarə qəza enişi edib

Azərbaycanca, 6 ноября 2026 14:46 (UTC +04:00) 234
İrkutska uçan təyyarə qəza enişi edib

Rusiyanın "İrAero" aviaşirkətinə məxsus təyyarə mühərrikində yaranan nasazlıq səbəbindən İrkutsk hava limanında qəza enişi edib.

Day.Az xəbər verir ki, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğu "Telegram" kanalında məlumat yayıb.

Bildirilib ki, təyyarə noyabrın 6-da Talakan - İrkutsk marşrutu üzrə uçuş həyata keçirib. Təyinat hava limanında sağ mühərrikində yaranan problemə baxmayaraq, təyyarə təhlükəsiz şəkildə eniş edə bilib.

Qurumdan qeyd edilib ki, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb, dağıntı qeydə alınmayıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости