https://news.day.az/azerinews/1872520.html Azərbaycan bu müsəlman dövlətinə neft satışını 3 qat artırıb Azərbaycandan İndoneziyaya neft ixracının həcmi təxminən üç dəfə artıb.

Azərbaycan bu müsəlman dövlətinə neft satışını 3 qat artırıb

Azərbaycanca, 6 ноября 2026 14:43 (UTC +04:00) 233
Azərbaycan bu müsəlman dövlətinə neft satışını 3 qat artırıb

Azərbaycandan İndoneziyaya neft ixracının həcmi təxminən üç dəfə artıb.

Day.Az xəbər verir ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin dərc etdiyi xarici ticarət üzrə gömrük statistikasına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan İndoneziyaya ümumilikdə 224,6 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış 356,5 min ton xam neft və neft məhsulları ixrac edilib.

Trend-in bu məlumatlar əsasında apardığı hesablamalara görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 152,5 milyon dollar və ya 3,1 dəfə, fiziki həcmi isə 225,6 min ton və ya 2,7 dəfə artıb.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan İndoneziyaya 53,9 milyon dollar dəyərində 89,7 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin ilk doqquz ayında Azərbaycandan neft ixracının dəyəri 13 faiz artıb.

Trend-in hesablamalarına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan digər ölkələrə ümumilikdə 10,103 milyard dollar dəyərində bitumlu süxurlardan alınmış 15,830 milyon ton xam neft və neft məhsulları ixrac edilib.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 1,164 milyard dollar və ya 13 faiz artıb. Bununla yanaşı, ixracın fiziki həcmi 1,166 milyon ton və ya 6,9 faiz azalıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости