https://news.day.az/azerinews/1873962.html 13 noyabr 2026-cı ildə dünyanın sonu olacaq? – Alimlərin 66 il əvvəlki proqnozu 1960-cı ildə üç fizik Yer kürəsində əhalinin sürətlə artmasına əsaslanaraq bəşəriyyətin 2026-cı ildə məhv ola biləcəyini irəli sürüblər.

13 noyabr 2026-cı ildə dünyanın sonu olacaq? – Alimlərin 66 il əvvəlki proqnozu

Azərbaycanca, 13 ноября 2026 01:25 (UTC +04:00) 420
13 noyabr 2026-cı ildə dünyanın sonu olacaq?

1960-cı ildə üç fizik Yer kürəsində əhalinin sürətlə artmasına əsaslanaraq bəşəriyyətin 2026-cı ildə məhv ola biləcəyini irəli sürüblər.

Day.Az xəbər verir ki, Almaniyanın "Der Spiegel" nəşrinin "Science" jurnalında dərc olunan araşdırmaya istinadən yaydığı məlumata görə, proqnozun müəllifləri avstriyalı alim Haynts fon Förster və onun İllinoys Universitetindəki iki həmkarı olub.

Alimlər hesablamalarında əhalinin artım tempinin davamlı sürətlənəcəyini və nəticədə 2026-cı ilə qədər dünya əhalisinin nəzəri olaraq sonsuzluğa çatacağını ehtimal ediblər. Araşdırmada konkret gün göstərilməsə də, fon Förster öz doğum günü ilə üst-üstə düşən 13 noyabr tarixini simvolik olaraq seçib.

Müasir tədqiqatçılar isə bu proqnozun yalnız müəyyən dövrün demoqrafik göstəricilərinə əsaslandığını bildirirlər. Hazırda dünya əhalisi təxminən 8,3 milyard nəfərdir və artım tempi əvvəlki dövrlərlə müqayisədə xeyli zəifləyib. Buna görə də 13 noyabr 2026-cı il üçün dünyanın sonunun gələcəyi barədə elmi əsas yoxdur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости