Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkələrdə sürücülük vəsiqəsi olmayan şəxslərə avtomobil icarəyə verən şirkətlərin təklifləri müzakirələrə səbəb olub.
Day.Az xəbər verir ki, bəzi avtomobil icarəsi şirkətləri nəqliyyat vasitəsini müştəriyə təqdim etmək üçün 18 yaşın tamam olmasını kifayət hesab edirlər. Sürücülük təcrübəsi olmayan şəxslərin avtomobil icarəyə götürə bilməsi ilə bağlı ünvanlanan suallara isə şirkət nümayəndələri avtomobilin idarə olunma bacarığının əvvəlcədən yoxlanıldığını bildirirlər.
Lakin bu cür yanaşma yollarda təhlükəsizliklə bağlı ciddi narahatlıqlar yaradır. Təcrübəsiz şəxslərə avtomobil təqdim edən şirkətlərin mümkün təhlükələri və qanunvericiliyin tələblərini nə dərəcədə nəzərə aldığı sual doğurur.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi də avtomobil icarəsi ilə məşğul olan şirkətlərə xəbərdarlıq edib. İdarədən bildirilib ki, avtomobili icarəyə verərkən yalnız müştərinin sürücülük vəsiqəsinin mövcudluğunu yoxlamaq kifayət deyil. Şirkətlər eyni zamanda həmin şəxsin nəqliyyat vasitəsini təhlükəsiz idarə edə biləcək səviyyədə sürücülük təcrübəsinə sahib olmasına da diqqət yetirməlidirlər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре