https://news.day.az/azerinews/1875486.html Qazaxda 4 nəfərin öldüyü qəzadan sağ çıxan qadının vəziyyəti açıqlandı Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1996-cı il təvəllüdlü şəxsin (qadın) müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib. Qeyd edilib ki, vəziyyəti ağır qiymətləndirilir.

Qazaxda 4 nəfərin öldüyü qəzadan sağ çıxan qadının vəziyyəti açıqlandı

Azərbaycanca, 19 ноября 2026 11:12 (UTC +04:00) 282
Qazaxda 4 nəfərin öldüyü qəzadan sağ çıxan qadının vəziyyəti açıqlandı

Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1996-cı il təvəllüdlü şəxsin (qadın) müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, Qazax rayonunda iki avtomobilin toqquşması nəticəsində dörd nəfər, o cümlədən iki uşaq ölüb, bir nəfər ağır xəsarət alıb.

Hadisə noyabrın 18-də saat 20:00 radələrində baş verib. 1979-cu il təvəllüdlü İttifaq Müsədirovun etibarnamə olmadan idarə etdiyi "Opel Astra H" markalı avtomobil qarşıdan gələn, 1989-cu il təvəllüdlü Sənan Dəryahquluyevin idarə etdiyi "Tofaş" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində hər iki sürücü, eləcə də "Tofaş"ın sərnişinləri, 2018-ci il təvəllüdlü Güllər Dəryaquliyeva və Məhəmməd Mehtili hadisə yerində ölüblər.

Digər sərnişin, 1996-cı il təvəllüdlü Türkan Dəryahquluyeva ağır bədən xəsarətləri ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости