https://news.day.az/azerinews/1875635.html 8 saatlıq yuxu norması dəyişə bilər: Araşdırmadan maraqlı nəticə Böyüklərin gündə mütləq 8 saat yatmalı olduğu fikri yenidən müzakirə olunur. Day.Az xəbər verir ki, "Brain Medicine" jurnalında dərc olunan araşdırmaya əsasən, yuxu ehtiyacı insandan-insana dəyişir və bəzi insanlar üçün 6 saatlıq keyfiyyətli yuxu da kifayət edə bilər.

8 saatlıq yuxu norması dəyişə bilər: Araşdırmadan maraqlı nəticə

Azərbaycanca, 20 ноября 2026 05:36 (UTC +04:00) 146
8 saatlıq yuxu norması dəyişə bilər:

Böyüklərin gündə mütləq 8 saat yatmalı olduğu fikri yenidən müzakirə olunur.

Day.Az xəbər verir ki, "Brain Medicine" jurnalında dərc olunan araşdırmaya əsasən, yuxu ehtiyacı insandan-insana dəyişir və bəzi insanlar üçün 6 saatlıq keyfiyyətli yuxu da kifayət edə bilər.

ABŞ Milli Yuxu Fondu isə 26-64 yaşlı şəxslərə 7-9 saat yatmağı tövsiyə edir.

Araşdırmada yuxunun müddəti ilə yanaşı, keyfiyyəti və rejimin sabitliyinin də əhəmiyyətli olduğu vurğulanır. Süni işıq, növbəli iş rejimi və nizamsız yuxu bioloji saata mənfi təsir göstərə bilər. Həftə ərzində yaranan yuxu çatışmazlığının bir hissəsini həftəsonu kompensasiya etmək də faydalı ola bilər.

Mütəxəssislərin istinad etdiyi məlumatlara görə, həm az, həm də həddindən artıq yatmaq ürək xəstəlikləri, insult, piylənmə və idrak qabiliyyətinin zəifləməsi ilə əlaqələndirilir. Bununla belə, ideal yuxu müddətinin hər kəs üçün eyni olmadığı və fərdi ehtiyaclara uyğun müəyyənləşdirilməli olduğu bildirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости