Maradona çempionluqdan danışdı

Day.Az представляет новость на азербайджанском языке
Əfsanəvi futbolçu Dieqo Maradona sabiq klubu "Napoli"nin bu mövsümkü çıxış haqqında açıqlamalar verib.
Day.Az apasport.az-a istinadən xəbər verir ki, "SKY İtalia"ya danışan argentinalı veteran neapolluların çempionluq üçün əla şanslarının olduğunu deyib.
Maradona bu ilin "Napoli"nin ili olacağına inandığını deyib: "Onların skudettonu qazanması üçün hər cür şansları var. "Yuventus" hazırda çox güclüdür və onlar keçən ilki uğurlarını təkrarlaya bilərlər. Ancaq inanıram ki, "Napoli" mütləq onların qarşısını alacaq".
Qeyd edək ki, Dieqo Armando Maradona 1984-1991-ci illər aralığında "Napoli"nin şərəfini qoruyub.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре