Baş məşqçidən qeyri-adi addım:

Day.Az представляет новость на азербайджанском языке

İspaniyanın "Malyorka" klubunun keçmiş baş məşqçisi Xoakin Kaparros yenidən gündəmə gəlib.

Day.Az qafqazinfo-ya istinadən bildirir ki, onun "Malyorka"da işləyərkən futbolçularını oyuna motivasiya etmək üçün porno filmlər izlətdirdiyi ortaya çıxıb. 

60 yaşlı çalışdırıcı 2012-ci ildə "Atletik"lə matç öncəsi futbolçularına porno film izləməyi tapşırıb. Həmin vaxt aşağı liqaya yuvarlanma təhlükəsi olan "Malyorka"nı xilas etmək üçün o, oyunçularına "bu filmdəki adam kimi daha çox mübarizə aparmalısız" deyib.

Ötən mövsüm komandada çıxış edən Anderson Konseysao da deyilənləri təsdiqləyib. O, məsələyə belə şərh verib: "Kaparros oyundan öncə bizi topladı və bildirdi ki, porno film izləyəcəyik. Hamımız çaşıb qalmışdıq. Gərgin oyuna çıxırıq və bizə porno film izlətdirir. Düzdür, film çox qısa idi. Amma mənim üçün təcrübə oldu. Video gedərkən Kaparros bizə dedi ki, bu adam kimi sərt olmalısınız. Həmişə bu hadisəni xatırlayacağam". 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.