Azərbaycan universitetlərində təhsil haqları

Day.Az представляет новость на азербайджанском языке

Ən aşağı təhsil haqqı 1000 manatdan başlayır.

Azərbaycanda qəbul imtahanları yaxınlaşdıqca, ali məktəb seçimləri başlayır. Ali məktəb seçimində isə təhsil haqqı bəzən həlledici rol oynayır.

Day.Az-ın məlumatına görə, Fins.az bu mövzunun əhalinin böyük hissəsi üçün əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdəki təhsil haqlarını açıqlayır:

Dillər Universiteti

Fakültələr üzrə illik təhsil haqqı 1 - 2,5 min manat arasında dəyişir. 

Ən yüksək təhsil haqqı olan fakültələr

Regionşünaslıq - 2,5 min manat 

Beynəlxalq münasibətlər - 2,5 min manat 

İngilis dili müəllimliyi - 2,5 min manat 

İngilis dili filologiyası - 2,5 min manat 

İngilis dili tərcümə - 2,5 min manat

Ən aşağı təhsil haqqı isə alman və fransızdilli ixtisaslardır - 1000 manat.

Texniki Universiteti

Menecment fakültəsi - 1600 manat, 

Avtomatika fakültəsi - 1600 manat, 

Maşınqayırma fakültəsi- 1500 manatdır.
 
Qafqaz Universitetində

Təhsil haqları tələbələrin topladıqları ballara uyğun müəyyən edilir. İxtisas seçimində Qafqaz Universitetini 1-ci seçim edənlərə 10% güzəşt edilir.

Qafqaz Universiteti 2016-2017-ci tədris ili bakalavr səviyyəsi üzrə qəbul ixtisasları

toplanmış bala görə ödəniş və güzəştlər (manatla)

QEYD:1) Ixtisas seçimində Qafqaz Universitetini 1-ci seçim edənlərə 10% güzəşt edilir.
 
Dövlət İdarəçilik Akademiyası

Kompüter elmləri- 2000 manat

Politologiya - 2500 manat

Siyasi Elmlər- 2500 manat

Beynəlxalq münasibətlər -2500 manat

Hüquqşünaslıq - 2500 manat

Dövlət və bələdiyyə idarəetməsi - 2500 manat

Menecment- - 2500 manat

İqtisadiyyat - 2500 manat

Neft və Sənaye Universiteti

Kompüter elmləri ixtisası -1800 manat

Kompüter mühəndisliyi ixtisası - 1800 manat

İnformatika texnologiyası ixtisası - 1800 manat

Sənayenin təşkili və idarə olunması ixtisası - 1800 manat

Dünya iqtisadiyyatı - 1800 manat

2 beynəlxalq proqram üzrə pullu təhsil: 

ABŞ-ın Corciya Universiteti və Almaniyanın Zigen universitetinə hazırlıq üzrə aparılan ixtisaslar -1800 manat

Digər ixtisaslarda isə təhsil haqqı 1600 manatdır.

Xəzər Universiteti

Humanitar və sosial elmlər - 2500 manat 

İqtisadiyyat - 4000 manat

Təhsil - 3500 manat

Mühəndislik - 3500 manat

Göstərilən ixtisaslar üzrə magistr təhsili isə 3000 manatdır.

Tibb Universiteti

Müalicə işi fakültəsi - 3000 manat

Əczaçılıq fakültəsi - 2000 manat

Stomotologiya - 3000 manat

Tibbi profilaktika - 2000 manat

Turizm və Menecment Universiteti

Qida məhsulları mühəndisliyi -2500 manat

Turizm və otelçilik - 3000 manat

Regionşünaslıq - 2500 manat

Beynəlxalq münasibətlər - 2500 manat

Menecment - 3000 manat

Marketinq - 3000 manat

Maliyyə - 3000 manat

Biznesin idarə edilməsi - 2800 manat

Nəqliyyat servisi - 2500 manat

Tərcümə - 3000 manat

Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması - 2500 manat

Sosial iş - 2500 manat

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.