Ermənistan tankları Rusiyaya daşınır?

Day.Az представляет новость на азербайджанском языке
Ermənistan öz ərazisində T-72 tanklarının modernləşdirilməsi Mərkəzinin yaradılması üçün Rusiya tərəfinə müraciət edib.
Day.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin müavini David Paxçanyan Rusiyanın sənaye və ticarət naziri Denis Manturovla İrəvandakı görüşü zamanı deyib. Onun sözlərinə görə, hələlik T-72 tankları Ermənistan ərazisində ancaq təmir olunur, modernləşdirmə işləri üçün isə tanklar Rusiyaya, "Uralvaqonzavod"a daşınır.
"Biz özümüz T-72 tanklarını nəniki təmir etmək, eyni zamanda modernləşdirmək istərdik. Çünki tankları modernləşdirmə üçün Rusiyaya daşıyıb geri qaytararkən çəkilən xərclər az qala təzə tankın qiyməti qədər çıxır", - Paxçanyan deyib.
Rusiyalı nazir isə deyib ki, onlar Ermənistan müəssisələrinin NATO ölkələri və Ukraynadan ehtiyat hissələrini dayandırmaq proqramı çərçivəsində bu məsələni nəzərdən keçirməyə hazırdır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре