Hiperaktivlik xəstəlikdirmi?

Day.Az представляет новость на азербайджанском языке:

Bəzi uşaqlar həddindən artıq hərəkətli, dəcəl və əsəbi olur. İnsanlar uşaqların bu cür hərəkətliliyini bəzən tərbiyəsizlik kimi qiymətləndirir.
 

RTV (Region TV) xəbər verir ki, lakin bu cür uşaqlar hiperaktivdirlər. Hiperaktivlik genetik olmaqla uşaqların 7 aylığında özünü göstərir. Belə uşaqlar, əsasən, fikirləşmədən müəyyən dəcəlliklər sərgiləyirlər. Hiperaktiv uşaqlarda beyin, həmyaşıdlarına nisbətən daha sürətlə işləyir. Belə olduqda uşaq daha çox informasiya almağa meylli olur. Psixoloqların fikrincə, belə uşaqlara valideynlər daha diqqətli yanaşmalıdırlar. Hiperaktiv olan uşaqlar bağçalarda tərbiyə görərlərsə, müəyyən qədər həmyaşıdlarına uyğunlaşa bilərlər. Britaniyada hiperaktiv uşaqlar üzərində aparılan araşdırma göstərib ki, hiperaktiv uşaqlarda anormallıq ehtimalı adi uşaqlara nisbətən 2 dəfə çoxdur.