Azərbaycanlı kulinara ABŞ-da yüksək vəzifə verildi

Day.Az представляет новость на азербайджанском языке:
Azərbaycanlı kulinara ABŞ-ın məşhur səyahət gəmisində yüksək vəzifə verilib.
AZvision.az xəbər verir ki, bu şəxs kulinar Hümbətov Emil Səyyad oğludur. O, ilk kulinar fəaliyyətinə 1995-ci ildə Hyatt Regency Baku otelində başlayıb. Qısa müddətdə xüsusi qabiliyyətinə görə chef de partie- qrup şefi vəzifəsinə yüksəlib. Sonra Hyatt Regency İstanbul otelində mətbəx təlimlərində yaxından iştirak edib, təlimləri uğurla başa vurduqdan sonra isə Oman Krallığında mətbəx təlimçisi olub.
Bunların ardınca bir müddət Grand Hyatt Dubai otelində Head Chef- baş aşpaz vəzifəsində çalışıb. Daha sonra Azərbaycana qayıdaraq The Land Mark Hotel Baku otelində Executive Culinary Chef- idarəçi mətbəx şefi, Fairmont Baku otelində Executive Culinary Chef- idarəçi mətbəx şefi, Four Seasons Hotel Baku otelində Executive Culinary Chef- idarəçi mətbəx şefi, Holiday İnn Baku otelndə isə Culinary Director mətbəx direktoru vəzifələrində çalışıb.
Kulinarımız bütün bunlarla yanaşı yeni bir uğura imza atıb. Emil Hümbətov Azərbaycan turizm və mətbəx tarixində ilk dəfə olaraq ABŞ-ın dünyaca məşhur Carnival Cruise Liner şirkətinin, Carnival Dream səyahət gəmisinə Executive Culinary Chef- idarəçi mətbəx şefi vəzifəsinə təyin olunub. Kulinar saytımıza bildirib ki, Azərbaycan turizmini və mətbəxini dünyada layiqincə tanıdacaq.
Ailəlidir, iki övladı var.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре