Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı fərmanda dəyişiklik edilib

Prezident İlham Əliyev "Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında" fərmanda dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, dövlət qulluqçularının hazırlanması işinin təkmilləşdirilməsi, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, dövlət idarəçiliyinə dair nəzəri biliklərinin artırılması, habelə bu sahədə vahid kadr siyasətinin həyata keçiril­məsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akade­miyası dövlət qulluqçuları üçün ixtisasartırma istiqaməti üz­rə əlavə təhsili təşkil etməlidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təşkil olunan ixtisasartırma istiqaməti üzrə əlavə təhsil dövlət sifarişi əsasında döv­lət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

İxtisasartırma istiqaməti üzrə əlavə təhsilə cəlb olu­nan dövlət qulluqçularının təhsil aldıqları müddətdə əməkhaqları saxlanılır.

Bu Fərmanda nəzərdə tutulmuş dövlət sifarişinin təşkili və icrası işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Prezidentinin Admi­nistrasiyasına həvalə edilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası hər il ixtisasartırma istiqaməti üzrə əlavə təhsilə cəlb olunan dövlət qulluq­çularının siyahısını və sayını müəyyən etməlidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Aka­demiyası ilə birlikdə ixtisasartırma istiqaməti üzrə əlavə təhsilin həyata keçirilməsini təmin etmək üçün lazımi təbdirlər görməlidir.