https://news.day.az/world/610898.html
Hicablı qadınlar hədəfə alınıb - VİDEO - FOTO
16 yaşlı Təsnim Kəbir kollecə gedəndə ona arxadan yaxınlaşan gənc qəflətən yumruq atmış və qızı yerə sərmişdi.
Aldığı zərbədən beyni silkələnən Təsnim uzun müddət müalicə almalı olmuşdu.
Hadisə 2012-ci ilin noyabrın 13-də İngiltərənin Nyuhem bölgəsindəki Pleystou şəhərində baş vermişdi.
Qızı vuran 34 yaşlı Maykl Ayode tutulub, suçunu etiraf edib və 4 il müddətinə azadlıqdan məhrum olunub.
Milli.Az The Guardian-a istinadən bildirir ki, bu olay Britaniyada, xüsusilə də ölkə paytaxtı Londonda islamofobiya zəminində törədilən cinayətlərdən, sadəcə, biridir.
Müsəlmanlara, xüsusilə də hicablı xanımlara qarşı cinayətlərin sayı isə sürətlə artır.
Belə cinayətlərin qurbanlarının 60 faizi başıbağlı xanımlardır.
Əslən Nigeriyadan olan mühacir Ayodenin 2013-cü ilin fevralındakı məhkəməsində bəlli olmuşdu ki, o, Tasnemə qədər daha iki müsəlman qıza hücum etmiş, onları döymüşdü.
Britaniyada islamofobiya zəminində törədilən cinayətlər və bu təhlükəli situasiya ilə bağlı BBC London telekanalında "Inside Out London Special" proqramı nümayiş olunacaq.
Ötən ilin iyulun 14-dən bəri Londonda 70 hicablı qadın hücuma məruz qalıb.
18 yaşlı Mənha Bequm da kollecdən evə qayıdarkən döyülmüşdü.
Videonu izləmək üçün şəkilə klikləyin.

Day.Az представляет новость на азербайджанском языке.

Böyütmək üçün şəkillərə klikləyin.

Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре