Bakıda iki sahibkarın 470 min dollarını qaytarmadılar

Day.Az представляет новость на азербайджанском языке.

İki sahibkar polisə müraciət edərək, eyni şəxs tərəfindən külli miqdarda pullarının ələ keçirildiyini bildiriblər.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakinləri, 1956-cı il təvəllüdlü Əli Allahverdizadə və 1959-cu il təvəllüdlü Sahib Umudov 2007-ci ildə Namiq adlı şəxsə hərəsi 235 min dollar pul veriblər. Lakin Namiq adlı şəxs onların etibarından sui-istifadə edərək, pullarını qaytarmayıb.

Hər iki sahibkar 9 ildir ki, pullarını istədikləri Namiq adlı şəxsin müxtəlif bəhanələri ilə qarşılaşırlar.

Şikayətlə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.