Şabranda meşədə yanğın təhlükəsi

Day.Az представляет новость на азербайджанском языке

Şabranda meşə zolağı yanğından mühafizə olunub.

Day.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Şabran rayonu, Zeyvə kəndində Meşə Təsərrüfatına məxsus ərazidə 5 ha sahədə kol-kos və quru ot yanıb.

Meşə zolağı yanğından mühafizə olunub. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.