Bakıda başına maşın düşən usta öldü

Day.Az представляет новость на азербайджанском языке

2 gün əvvəl Bakının Suraxanı rayonu, "Günəşli" qəsəbəsində bədbəxt hadisə zamanı ağır xəsarət alan şəxs ölüb.

Day.Az-ın Lent.az-a istinadən məlumatına görə, qəsəbədəki avtotəmir sexində texniki nasazlıq səbəbindən kranla qaldırılmış avtomobil 32 yaşlı maşın ustası Seymur Qurbanovun başına düşmüşdü.

Xəstəxanaya yerləşdirilən usta həkimlərin səyinə baxmayaraq, vəfat edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.