https://news.day.az/azerinews/1811994.html Xaçmazda sahibkarların qəbulu keçiriləcək Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən regionlarda sahibkarların müraciətlərinin yerində öyrənilməsi, təkliflərinin dinlənilməsi məqsədilə qəbullar təşkil olunacaq. Bu çərçivədə 2026-cı il ərzində KOBİA-nın rəhbər şəxslərinin ölkənin müxtəlif bölgələrində qəbullarının keçirilməsi nəzərdə tutulur.

Xaçmazda sahibkarların qəbulu keçiriləcək

Azərbaycanca, 26 января 2026 15:18 (UTC +04:00) 742
Xaçmazda sahibkarların qəbulu keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən regionlarda sahibkarların müraciətlərinin yerində öyrənilməsi, təkliflərinin dinlənilməsi məqsədilə qəbullar təşkil olunacaq. Bu çərçivədə 2026-cı il ərzində KOBİA-nın rəhbər şəxslərinin ölkənin müxtəlif bölgələrində qəbullarının keçirilməsi nəzərdə tutulur.

29 yanvar 2026-cı il tarixində KOBİA-nın İdarə Heyəti sədrinin müavini Emil Hüseynli Xaçmaz, Quba və Qusar rayonlarından olan sahibkarları qəbul edəcək. Qəbul saat 11:00-dan etibarən "Xaçmaz KOB evi"ndə (Xaçmaz şəhəri, Bakı prospekti 45 ünvanında) keçiriləcək.

Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlər üzrə qəbula gəlmək istəyən vətəndaşlar KOBİA-ya müraciət etməklə qəbula yazıla bilərlər (055 200 03 79, [email protected], Azər Pənahov, KOBİA-nın Quba-Xaçmaz iqtisadi rayonu üzrə koordinatoru).

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости