Arif Quliyevin xanımı ağır xəstəliyə yoluxdu

Day.Az представляет новость на азербайджанском языке

Xalq artisti Arif Quliyevin həyat yoldaşı xəstəxanaya yerləşdirilib.

Day.Az bildirir ki, bu barədə lent.az-a aktyor özü məlumat verib.

O bildirib ki, xanımı Gülzar Quliyeva Hepatit C virusuna yoluxub: "Yoldaşım hazırda Kliniki Tibbi Mərkəzdə yoluxucu xəstəliklər şöbəsində müalicə alır. Həkimlər vəziyyətinin ağır olduğunu deyirlər".
 
Arif Quliyev xanımın müalicəsinin xaricdə davam etdirilməsinin lazım olduğunu deyib: "Amma bu, mənim imkanlarım xaricindədir. Mən iki il qabaq sinir xəstəliyinə tutulanda müalicə xərclərini dövlət öz üzərinə götürmüşdü. Allah hökumətimizdən razı olsun. Mən ata-ana qayğısından uzaq olmuşam. Oğlum Fərid dünyasını dəyişəndən sonra Gülzar üçün yaşayıram. Bircə təsəllim onun varlığıdır. O da belə..."

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.