Bakıda 20 yaşlı gənci qətlə yetirən şəxs saxlanıldı

Day.Az представляет новость на азербайджанском языке

Bakıda küçədə qətlə yetirilən şəxsin kimliyi məlum olub.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, avqustun 14-də Bakının Nəsimi rayonu, Moskva prospekti 86 ünvanında meyiti tapılmış şəxsin 1996-cı il təvəllüdlü Məmmədov Vidadi Mürşüd oğlu olduğu müəyyən edilib.

Nəsimi rayon Prokurorluğunun keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsini törədən şəxsin - 1997-ci il təvəllüdlü Bakı şəhər sakini Məmmədov Ümid İmran oğlu olduğu müəyyənləşib və saxlanılıb.

İlkin araşdırma nəticəsində Ü.Məmmədov V.Məmmədovu şəxsi münaqişə zəminində bıçaqla qətlə yetirdiyini bildirib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.

Xatırladaq ki, dünən axşam saatlarında Moskva prospekti, 86 ünvanında 20-22 yaşlarında üzərində xəsarətlər olan meyit aşkarlanmışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.