Cücərdilmiş buğdadan CAVANLAŞDIRICI QARIŞIQ

Day.Az представляет новость на азербайджанском языке
Müxtəlif vitaminlər, makro- və mikroelementlərlə zəngin olan cücərdilmiş buğda orqanizmə güclü cavanlaşdırıcı təsir edir.
Day.Az saglamolun.az-a istinadən cücərdilmiş buğda ilə çox faydalı cavanlaşdırıcı qarışığın reseptini təqdim edir.
Hərəsindən yarım stəkan cücərdilmiş buğda, bal, qoz, hərəsindən 1/3 ç.q. üyüdülmüş darçın və zəncəfil götürülür. Qozla buğda blenderdə əzilir, bal, ədviyyatlar əlavə olunur, yaxşı qarışdırırlır. Gündə 2 dəfə yeməkdən 20 dəqiqə əvvəl 1 ç.q. olmaqla qəbul olunur. Qarışığı soyuducuda saxlayın.
Bu qarışıq həmçinin qan, immunitet, qalxanvari vəzi üçün də çox faydalıdır, dərinin və saçların vəziyyətini yaxşılaşdırır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре