“Milli Şura”da “Müsavata” qarşı ACP-ALP koalisiyası

Day.Az представляет новость на азербайджанском языке.
Açıq Cəmiyyət Partiyasının (ACP) mühacir lideri, eks-spiker Rəsul Quliyev Azərbaycan Liberal Partiyasının(ALP) lideri Lalə Şövkətlə bağlı "milli şura"da yaranan qalmaqala qoşulub.
Lalə Şövkətin lideri olduğu Liberal Partiya ilə Müsavat arasında səngimək bilməyən söz davasına reaksiya verən eks-spiker qalmaqalda Lalə Şövkətin günahsız olduğunu deyib.
Onun Lalə Şövkətin müdafiəsinə qalxması isə müsavatçıların narazılığına səbəb olub. Sosial şəbəkələrdə Rəsul Quliyevin məlum fikirlərini paylaşıb müzakirəyə çıxaran "milli şura" üzvləri qurumda qruplaşma yaranmasını faciəvi hal sayırlar.
Qeyd edək ki, Rəsul Quliyev Lalə Şövkətə qarşı şər atıldığını iddia edib:
"Lalə xanımın atdığı addıma gəldikdə elementar həqiqətləri bilmək lazımdır. O, sadə insan deyil və çox asanlıqla hansı proseslərin getdiyini görür. Sovet dövründə kifayət qədər varlı ailədən olan, Moskvada elmi dərəcə və professor rütbəsinə layiq görülən bir şəxs, sözsüz keçmişi olmayan, bu gün müxalifət pərdəsi altında təhqir edilməsinə dözə bilməzdi. Bəzi qəzetlər normal insana yaraşmayan nalayiq sözlərlə Lalə xanım kimi bir şəxsin əleyhinə şər, böhtan yağdırırsa, hadisələrin belə cərəyan etməsinin günahı kimdədir? Azdan - çoxdan qəzetinin sanballı olmasını iddia edən redaktorlar insan ləyaqətini təhqir edən yazılar yazmaz. Dünya praktikasında hələ indiyə qədər belə bir hadisə olmayıb. Qəzetin hansı isə bir jurnalisti sifarişlə təhqiramiz məqalələr yaza bilər, ancaq redaktor bu işi görməz. Uzunmüddətli fəaliyyətlə də öyünmək olmaz. Bəd əməllə məşğul olanların uzunmüddətli fəaliyyəti faciədir", - deyə R.Quliyev vurğulayıb.
Buradan açıq görünür ki, "milli şura"da Müsavat-AXCP qruplaşmasına qarşı yeni qruplaşma yaranır ki, bu da ALP-ACP müttəfiqliyidir. Hətta bura bir müddət öncə imza vərəqələri ilə bağlı narazı qalan Mirmahmud Mirəlioğlunun partiyası olan KXCP-ni də əlavə etmək olar. Qütbləşmənin bu həddə çatması isə müxalifətin hansı duruma düşməsinin bariz nümunəsi ola bilər...
/Palitranews.az/
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре