Əhməd Oruc: “Müsavatda haqqı müdafiə edəcək adam yoxdur”

Day.Az представляет новость на азербайджанском языке.
"Məşvərət Məclisini heç bir normaya sığmayan şəkildə tərk eləmiş və Rusiyanın "Milli Şura" proyektinə qoşulan KXCP, ACP, ALP, AMİP yazıq bir duruma düşüblər. Hesab edirəm ki, onların bu duruma düşməsi mənə qarşı elədikləri xəyanətin nəticəsidir və onlar bundan sonra daha çətin vəziyyətə düşəcəklər. Çünki buna layiqdirlər".
"Olaylar"-ın xəbərinə görə, bu fikirləri Azadlıq Partiyasının sədri Əhməd Oruc səsləndirib. Bildirib ki, Milli Şura ideyası indiyə qədər özlərini milli qüvvə kimi təqdim edənlərin nə qədər bədbəxt duruma, istənilən maliyyə verənə kölə ola biləcək duruma düşdüyünü ortaya qoydu:
"Rüstəm İbrahimbəyov ölkəyə gəlməyə qorxduqdan, milyarderlər qara qəpik də vermədikdən və vəziyyətdən çıxmaq üçün "pis işi" Cəmil Həsənlinin boynuna qoyduqdan sonra bəziləri "Biz Rusiyanın proyektini milli proyektə çevirdik" kimi bəyanatlar verir. Buna el arasında "Pişiyin əli ətə çatmadıqda adını iylənmiş qoyar" deyirlər. Amma həqiqət odur ki, o pişiklər əllərinə düşsə ilənmiş ət də yeyirlər, hələ başqa şey də". Partiya sədri onu da deyib ki, bəzi mətbuat nümayəndələri fikirlərini konteksdən çıxararaq onu Musavat Partiyası ilə Liberal Partiyası arasındakı uçuz söyüşmə şousunda liberalların tərəfdarı kimi təqdim edirlər:
"Hamı bilir ki, mənim Liberal partiyası ilə heç bir münasibətim yoxdu və xanımlar haqqında danışmıram. Bu gün musavatçılar hər yerdə əleyhimə təbliğat aparır, İsa bəy 5-10 manat pul vəd edən istənilən buqələmunu dəstəkləyir, onu müxalifətin "vahid namizədi" kimi təqdim edir, bizim partiyaya azsaylı deyə rişxənd edirlər. Bu adamların lüğətində vəfa, sədaqət, mənəvi borc kimi sözlər artıq yoxdur. Mən adamları heç vaxt aldatmamışam. Mən bu gün də Musavat partiyasına hörmət edirəm, tarixdəki fəaliyyətinə və adına görə. Bu gün o partiyada haqqı, haqlını müdafiə edəcək bir nəfər belə yoxdu. Onlar liderlərinin manqurtlaşdırdığı kölgələrdən və kölələrdən başqa bir şey deyillər".
/Olaylar/
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре