Niyaməddin Orduxanlı: "Milli Şura çoxdan dağılıb"

Day.Az представляет новость на азербайджанском языке.
"Milli Şura"da toplaşan siyasi qüvvələr 20 ildir bir-birinə nifrət edən qüvvələrdir". Belə bir açıqlama ilə çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı " Olaylar"-a deyib ki, Rusiya Azərbaycan hakmiyyətinə təzyiq etmək üçün bu qüvvələrdən çox ustalıqla istifadə etdi:
"Bu qüvvələrin bir araya gəlməsində Rüstəm İbarhimbəyovla Eldar Namazov da böyük xidmət göstərmiş oldu. Bu iki şəxs hər kəsi inandırmışdı ki, Putin bunları hakimiyyətə gətirir. Artıq indi İsa Qəmbər, Əli Kərimli və Lalə Şövkət Hacıyeva bilir ki, aldanıblar və ona görə də bir-birlərini təhqir edib Milli Şuradan çıxmaq istəyirlər".
BAXCP rəsmisi deyib ki, Milli Şura çoxdan dağılıb: "Qalıb onu rəsmiləşdirmək".
/Olaylar/
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре