Zamiq: “Adını açıqlaya bilmərəm” – FOTO

Day.Az представляет новость на азербайджанском языке:

Müğənni Zamiq Hüseynovdan yeni xəbər var.

Sənətçi Axşam.az-a açıqlamasında albom üzərində çalışdığını deyib:

"20-dən çox yeni mahnım var. Hər ay birini təqdim edirəm. Onları bir araya toplayıb, albom şəklində buraxmağı planlaşdırıram. Mahnılardan birinə isə yayda klip çəkdirəcəm. Bu arada mahnılarımı aranjiman etdirmək üçün Türkiyəyə tez-tez gedib gəlirəm. Bir də türkiyəli ifaçı ilə işbirliyi gözlənilir. Hələ ki, adını açıqlaya bilmərəm. Dəqiqləşəndən sonra kimliyini deyəcəm".

Böyütmək üçün şəkillərə klikləyin: