Ağdamda insanlar düşməndən və zəhərli ilanlardan qorunur

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az EL TV-yə istinadən xəbər verir ki, təmas xəttinə yaxın ərazilərdə yaşayan insanlar düşmən gülləsi ilə yanaşı, zəhərli canlılardan da qorunmaq məcburiyyətindədirlər.

El televiziyasının məlumatına görə, Ağdamın Sarıcalı kənd sakinləri deyirlər ki, bu il əkin sahələrində ilanlara daha çox rast gəlinir. Bunlar əsasən qızıl ilan və qafqaz gürzələridir. Sakinlər bildirdilər ki, ilanlar daha çox yonca sahələrinə meyl edirlər. Buna səbəb isə bu sahələrin ilanların yaşaması üçün daha əlverişli olmasıdır. Sakinlər ilan sancması zamanı ilkin olaraq türkəçarə yolu ilə zəhərin bədənə yayılmamasına çalışırlar. Daha sonra isə həkimə müraciət edirlər. Qeyd edək ki, cəbhəyanı ərazilərdə ilanların çoxalmasının əsas səbəbi ermənilərin işğal altında yerləşən ərazilərdə törətdikləri yanğınlardır.

Milli.Az