Tələbələrin ilk foto sərgisi keçiriləcək Day.Az представляет новость на азербайджанском языке:

Bakı Dövlət Universitetində təhsil alan tələbə-jurnalistlərin ilk foto sərgisi keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, "Oda teatrı"nda baş tutacaq "Tələbə obyektivi" adlı sərgidə gənc fotoqrafların işləri nümayiş etdiriləcək.
 

Təşkilatçılar bildirib ki, jurnalistika fakültələrində fotojurnalistika ayrıca fənn kimi tədris olunmasa da, bu sahəyə marağı olan tələbələr bir sıra kurs və təlimlərdə müəyyən bilik və bacarıqlara yiyələnirlər.