Azərbaycanda 2-3 ulduzlu brend hotellər tikiləcək

Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycanda 2-3 ulduzlu brend hotellər tikiləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanda 2-3 ulduzlu brend hotellərin tikilməsi məqsədilə özündə "Novotel", "İbis" və digər bu kimi hotelləri birləşdirən "Accor" mehmanxanalar şəbəkəsinin İnkişaf departamentinin baş direktoruGauran Bhushanla Azərbaycanın rəsmi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüş Fransanın Paris şəhərində keçirilən "Top Resa 2015" beynəlxalq turizm sərgisi çərçivəsində olub. Cari ilin sonunda Bakıda yerli sahibkarlar üçün geniş təqdimatın keçirilməsi haqqında razılıq əldə olunub.

Bununla yanaşı, Fransanın tanınmış "Alesta voyage" şirkəti ilə Azərbaycanın "Silk Way" şirkəti arasında ölkəmizə turistlərin cəlb edilməsi ilə bağlı Anlaşma memorandumu imzalanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.