Azərbaycan klubu İranda tarix yaza bilmədi

Day.Az представляет новость на азербайджанском языке:

İran çempionatında 2014/2015-ci il mövsümünə yekun vurulub.
 

Trend-in məlumatına görə, Təbrizin "Traktor Sazi" klubu ikinci pillədə qərarlaşan "Naft Tehran"ı qəbul edib.
 

İlk dəfə İran çempionu olması üçün Təbriz təmsilçisinə bu oyunda qələbə lazım idi. Oyuna qonaqlar fəal başlayıblar - Ezzati 4-cü dəqiqədə fərqlənib.

Lakin təbrizlilər 3 dəfə ardıcıl rəqib torunu silkələyə biliblər - 3:1.
 

Bundan sonra qonaqlar oyunda dönüş yaradıblar - 3:3.
 

Beləliklə, "Traktor Sazi" İran çempionatında ikinci yeri tutub.
 

Milli.Az