Qusarda sərhəddə atışma: ölən var
Day.Az представляет новость на азербайджанском языке
Qusar rayonunda dövlət sərhədini pozan şəxs hüquq mühafizə orqanlarının əməkdaşlarına atəş açıb
Milli.Az xəbər verir ki, bu barədə report-a Qusar Rayon Prokurorluğundan məlumat verilib.
İyunun 4-də saat 21:40 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisindəki sərhəd zastavasının yaxınlığında bir nəfərin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.
Saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu - 1996-cı il təvəllüdlü Zeynalov Vadim Mərdanoviç hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.
Meyitin üzərinə keçirilmiş baxış zamanı 1 ədəd "Makarov" tipli tapança aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda müvafiq araşdırmalar aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре