https://news.day.az/azerinews/1021089.html Yeni marşrut xətti fəaliyyətə başladı Day.Az представляет новость на азербайджанском языке Zirə-Mərdəkan qəsəbələri istiqamətində başlanğıc dayanacaq məntəqəsi Zirə qəsəbəsi (Ə.Babayev küçəsi, məscid), son dayanacaq məntəqəsi isə Mərdəkan qəsəbəsi (S.Yesenin küçəsi 106) olmaqla 152 nömrəli müntəzəm marşrut xətti fəaliyyətə başlayıb.

Yeni marşrut xətti fəaliyyətə başladı

Azərbaycanca, 7 июля 2018 13:53 (UTC +04:00) 2 868
Yeni marşrut xətti fəaliyyətə başladı

Day.Az представляет новость на азербайджанском языке

Zirə-Mərdəkan qəsəbələri istiqamətində başlanğıc dayanacaq məntəqəsi Zirə qəsəbəsi (Ə.Babayev küçəsi, məscid), son dayanacaq məntəqəsi isə Mərdəkan qəsəbəsi (S.Yesenin küçəsi 106) olmaqla 152 nömrəli müntəzəm marşrut xətti fəaliyyətə başlayıb.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, yeni marşrut xəttinin təşkil edilməsi ilə bağlı qərar, sakinlər adından Xəzər rayonu Zirə bələdiyyəsinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınmaqla qəbul edilib.

Marşrut xətti boyunca Yol Hərəkətinin Təşkili şöbəsi tərəfindən əraziyə baxış keçirilib və zəruri dayanacaq məntəqələrinin yerləri müəyyənləşdirilərək müvafiq tədbirlər görülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Yeni marşrut xətti fəaliyyətə başladı
  • Yeni marşrut xətti fəaliyyətə başladı
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости