7 aylıq hamilə arvadını döyə-döyə öldürdü - DƏHŞƏT

Day.Az представляет новость на азербайджанском языке
Türkiyənin Qaziantep bölgəsində 7 aylıq hamilə qadın dini nikahda yaşadığı əri tərəfindən döyülərək öldürülüb.
Day.Az xəbər verir ki, iddiaya görə, Aysel Kurtla dini nikahda yaşadığı İ.Ç arasında dünən axşam saatlarında səbəbi bilinməyən bir münaqişə yaşanıb.
İ.Ç-nin mübahisə zamanı A.Kurtu döyməsini öyrənən yaxınları hadisəyə müdaxilə edib. Cütlüyü sakitləşdirdikdən sonra evdən çıxıblar. Səhər təkrar evə gələn yaxınları A.Kurtu yerdə huşsuz halda tapıblar.
Qadın təcili xüsusi maşınla xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadının 7 aylıq hamilə olduğu və uşağın da öldüyü bildirilib.
Qızın atası Vakkas Kurt açıqlamasında qızının heç bir xəstəliyinin olmadığını deyib: "Dünən axşam evində olduq, dalaşmamaları üçün xəbərdarlıq etdik. Qızıma bizdən sonra nə etdilər bilmirik, səhər ürəyi dayanıb xəbəri ilə oyandıq". (publika.az)
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре