"Seks və romantika motivasiyanın bir hissəsidir" - Çılpaq rollara çəkilən aktrisa

Day.Az представляет новость на азербайджанском языке
"The Tudors", "Game of Thrones" kimi məşhur seriallarda rol alan aktrisa Natalie Dormer yeni seriala çəkilir.
Day.Az Milli.Az-a istinadla bildirir ki, o, BBC2 kanalında yayımlanan "Picnic At Hanging Rock" serialına çəkilir.
Ekran işinin ilk seriyası uğurlu alınıb və İngiltərə millisinin Dünya Çempionatında yarımfinal oyunu zamanı 1 milyon baxış toplayıb.
Yuxarıda adı çəkilən seriallarda çılpaq halda kamera qarşısına keçən aktrisa The Sun-a müsahibəsində bildirib ki, bu serialda da açıq-saçıq səhnələr olacaq.
"Seks və romantika insan motivasiyasının bir hissəsidir. Əgər məqsəd bilgi verməkdirsə, bunda hər hansı problem görmürəm", - deyə 36 yaşlı Natali söyləyib.
Qeyd edək ki, "Picnic At Hanging Rock"in ssenarisi eyni adlı əsərdən götürülüb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре