https://news.day.az/azerinews/1105245.html
Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edən ilk sərnişin qatarı Gürcüstana gəlib
Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edən ilk sərnişin qatarı Gürcüstana gəlib

Day.Az представляет новость на азербайджанском языке
Bakı-Tbilisi-Qars dəmir yolu üzrə ilk dəfə xəttə buraxılan sərnişin qatarı Gürcüstana gəlib.
Day.Az Trend-ə istinadən bildirir ki, İsveçrənin "Stadler" şirkətinin qatarı bir neçə gün əvvəl İstanbula gəlib və Türkiyədən Gürcüstana İstanbul-Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu üzrə yollanıb.
"Azərbaycan Dəmir Yolları"na məxsus qatar test rejimdə xəttə buraxılıb.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili 2019-cu ilin 3-cü rübündə planlaşdırılır.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi 2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре