Bu içkiləri içsəniz böyrəyinizdə daş yaranmayacaq

Şəkərli içkilərin böyrək daşlarının əmələ gəlməsində rol oynadığı məlum olub.

Day.Az Redaktor.az-a istinadla xəbər verir ki, bu barədə "Clinical Journal of the American Society of Nephrology" nəşri araşdırma aparıb. Araşdırmaya görə, gündə bir və yaxud bir neçə dəfə şəkərli içki (kola, meyvə şirəsi və s.) qəbul edənlərdə böyrək daşının yaranma təhlükəsi, etməyənlərlə müqayisədə 33 faiz çoxdur.

Tədqiqatın rəhbəri həkim Manuel Ferraro bunun səbəbini şəkərli içkininin tərkibindəki "fruktoza" maddəsinin olması ilə izah edir. Tədqiqatın nəticəsinə görə, pivə, qəhvə, çay, təbii portağal şirəsi və şərab qəbul etmək böyrək daşının yaranma təhlükəsini azaldır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.