Ən gülməli kənd adı bəlli oldu

Rusiyanın ərazisinə daxil olan Komi Respublikasının Usinsk rayonundakı kəndlərdən birinin adı çoxlarına gülməli görünür.
"VKontakte" sosial şəbəkəsində keçirilən sorğuda Mutnıy Materik kəndinin adı ən gülməli statusuna layiq görülüb.
Day.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, Rusiya kəndinin adı təxminən "bulanıq materik" kimi tərcümə olunur. Hərçənd, siyahıya nəzər salarkən bizim üçün daha gülməli sayıla biləcək adlar gözə dəyir. Məsələn, Saratov vilayətində Lox adlı kənd var.
300 minə qədər şəbəkə istifadəçisinin iştirak etdiyi sorğuda Mutnıy Materik 28 min səslə birinci olub. Xoxotuy (26,4 min) ikinci, Morozilka (11,8 min) üçüncü yerdə qərarlaşıb.
Bundan başqa, Buxalovo, Muxouderovka, Moşonki, Saxarnaya Qolovka, Svinoqorye, Palevo kəndlərinin adları da ilk 10-luqda yer alıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре