Ermənistanın “humanitar atəşkəs”

Oktyabrın 27-i düşmənin silahlı qüvvələri yenidən Azərbaycan xalqına qarşı növbəti dəhşətli hərbi cinayət törətdi. Mənfur düşmən cəbhədəki məğlubiyyətinin heyfini mülki əhalini atəşə tutmaqla çıxır. Erməni silahlı qüvvələri tərəfindən dünən saat 16 :00 radələrində Bərdə rayonunun Qarayusifli kəndini müxtəlif istiqamətlərdə atəşə tutması nəticəsində 4 nəfər həlak olub, 12 nəfər yaralanıb.

Sentyabrın 27-dən başlayan müharibədən bü günə qədər üç dəfə humanitar məqsədli atəşkəs rejimi olub. Humanitar atəşkəsi hər dəfə erməni işğalçıları pozub. Hər dəfə də mülki əhalimizi atəşə tutublar. 10 oktyabr Rusiyanın atəşkəs təşəbbüsündən sonra Gəncə vuruldu, 10 mülki şəxs öldü. 17 oktyabr Fransanın atəşkəs təşəbbüsündən sonra yenə Gəncə vuruldu, 14 nəfər həlak oldu. Dünən isə Amerikanın sülh təşəbbüsündən sonra Bərdə bombalandı, daha 4 nəfər öldü. Dünyanın bir çox ölkələri və beynəlxalq qurumları ermənilərin mülki əhaliyə qarşı törətdiyi terrora qarşı səslərini çıxartmırlar.

Ermənistana humanitar atəşkəs vaxt qazanmaq üçün lazımdır. Düşmənimiz humanitar atəşkəsin arxasında gizlənərək silahlanmaq, mülki əhalini atəşə tutmaq yolunu tutub. Başqa səbəblərdən biri də Paşinyan hökuməti humanitar atəşkəsin onlara baha başa gələcəyindən qorxur. Buna görə də atəşkəsi pozur. Paşinyan başa düşür ki, humanitar atəşkəs zamanı cəsədləri evlərinə aparılan Ermənistan vətəndaşlarının reaksiyası heç də xoş olmayacaq. Buna görə də hərbi cinayətlərə əl atır. Xalqımıza qarşı ermənilər tarix boyu terror törədiblər. Paşinyan da öz alçaq babalarının davamçısıdır. Mülki əhalini daimi hədəfə almaqla döyüş meydanında itirdiyi imicini bərpa etməyə çalışır. 

Məqsəd nə olur, olsun dinc saknləri, hədəfə almaq alçaqlıqdır, şərəfsizlikdir. Ermənistanın dinc insanları, mülki əhalini, tibb işçilərini məqsədli şəkildə atəşə tutması beynəlxalq hüquq normalarına riayət etmədiyini göstərir. 

Adamın gərək düşməni də mərd ola...

Heç bir vətəndaşımızın qanı yerdə qalmayacaq. Döyüş meydanında ordumuz mənfur düşmənin cavabını layiqincə cavabını verir. Tezliklə bütün torpaqlarımızı azad edəcəyik.

Fərid Zöhrabov