https://news.day.az/azerinews/1286075.html Məğrurluq rəmzi Azərbaycan əsgəri - FOTO

Məğrurluq rəmzi Azərbaycan əsgəri - FOTO

Azərbaycanca, 3 ноября 2020 11:32 (UTC +04:00) 3 469
Məğrurluq rəmzi

Azərbaycan əsgəri tarix yazmaqda davam edir. Son iki yüz ildə ilk dəfədir ki, itirdiyimiz torpaqlar azad edilir. Xəritəmizə baxsaq formaca qartala oxşayır. Neçə il idi ki, məcazi mənada desək "qartalın" bir qanadı qırılmışdı. Artıq bu gün əsgərimiz qırılan qanada məlhəmdir. Əsgərimiz torpaqlarımızı işğal edən Ermənistan ordusunu Qarabağdan çıxardır.

Müdafiə Nazirliyinin paylaşdığı videolardan birində əks olunan hərbi qulluqçumuzun fotosu sosial şəbəkələrdə geniş yayılıb. Şəkil tarix kitabına üz qabığı və kino üçün reklam posteri üçün yarayacaq şəkildir. Bu kadr İkinci Qarabağ müharibəsinin simvollarından birinə çevriləcək. Bu duruş Azərbaycan əsgərinin döyüş ruhunu özündə tam ehtiva edir. Şəkil mərdlik, cəsarət, məğrurluq, qeyrət simvoludur.

Tanınmış şairmiz Rəsul Rza bu misraları sanki bu şəkil üçün yazıb.

Belə məğrur dayanmağa haqlıyam,
Mən kökümlə bu torpağa bağlıyam...

Əsgərimiz öz duruşuyla belə düşməni qorxuya salır. Belə əsgəri olan ordu mütləq zəfər çalacaq. 

Fərid Zöhrabov

  • Məğrurluq rəmzi
  • Məğrurluq rəmzi
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости