https://news.day.az/azerinews/1299510.html
Rusiyanın vasitəçiliyi ilə Bakı ilə Yerevan arasında əldə olunmuş atəşkəs razılaşması ardıcıl həyata keçirilir - Putin
Rusiyanın vasitəçiliyi ilə Bakı ilə Yerevan arasında əldə olunmuş atəşkəs razılaşması ardıcıl həyata keçirilir - Putin

Azərbaycan, Ermənistan və Rusiya arasındakı razılaşma ardıcıl olaraq həyata keçirilir, rus sülhməramlıları Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməməsi üçün hər şeyi edirlər.
Trend-in məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında deyib.
V.Putin Moskvanın Dağlıq Qarabağda sülhün bərqərar olması üçün vasitəçilik səyləri göstərərək ATƏT-in Minsk Qrupunda əldə olunmuş əsas razılaşmalara əməl etməyə çalışdığını vurğulayıb.
Rusiya Prezidentinin sözlərinə görə, hazırda Bakı ilə Yerevan arasında Rusiyanın vasitəçiliyi ilə bağlanmış atəşkəs ardıcıl olaraq həyata keçirilir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре