Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb

Kəlbəcərdə rayonunda göldə batan hərbçinin meyiti tapılıb.

Trend-in məlumatına görə, Azərbaycan ordusunun kapitanı 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun meyiti Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündən tapılıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılan meyit aidiyyəti üzrə təhvil verilib.