Erməni hərbçiləri əlbəyaxa döyüşdə məhv edən Kamran Seyfullazadə - XƏZƏR TV - VİDEO
Vətən müharibəsində şəhadətə ucalan qəhrəmanlarımızdan biri də Kamran Seyfullazadədir. O, 1999-cu il yanvarın 14-də Astara şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətdə olub.
Day.Az Xəzər TV-yə istinadən bildirir ki, Vətən müharibəsinə könüllü olaraq qatılan Kamran Füzuli, Hadrut, Suqovuşan, Cəbrayıl, Qubadlı, Xocəvənd və Daşaltı kəndi istiqamətində gedən döyüşlərdə iştirak edib. Xüsusi təyinatlılarla birlikdə Şuşaya daxil olan qəhrəmanımız onlarla erməni hərbçisini əlbəyaxa döyüşdə məhv edib. O, noyabrın 5-də qəhrəmancasına şəhid olub.
Anasının sözlərinə görə, Kamranın ən böyük arzularından biri başda Şuşa olmaqla, Qarabağın işğaldan azad olunması idi. Qəhrəmanımız arzusu uğrunda şəhadətə ucaldı.
Kamran Seyfullazadə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", ''Cəbrayılın azad olunmasına görə'', ''Xocavəndin azad olunmasına görə'', ''Füzulinin azad olunmasına görə'', ''Suqovuşanın azad olunmasına görə'' və ''Şuşanın azad olunmasına görə'' medalları ilə təltif olunub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре