https://news.day.az/azerinews/1487897.html
Azərbaycanda yoluxanların sayı kəskin ARTDI - FOTO
Azərbaycanda yoluxanların sayı kəskin ARTDI - FOTO
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 710 yeni yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Day.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 806 472 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 793 268 nəfər müalicə olunaraq sağalıb, 9 777 nəfər vəfat edib, aktiv xəstə sayı 3 427 nəfərdir.
Ölkədə son sutka ərzində 4852, hazırkı dövrədək isə 7 106 376 test aparılıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре