https://news.day.az/azerinews/1488788.html
Sumqayıtda xəstəxanada YANĞIN - FOTO - VİDEO
Sumqayıtda xəstəxanada YANĞIN - FOTO - VİDEO
Sumqayıtda Məhkəmə Tibb Ekspertiza Şöbəsinin ərazisində yanğın başlayıb.
Day.Az-ın məlumatına görə, hadisə axşam saat 20:00 radələrində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqova Day.Az-a açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, hadisə Sumqayıt şəhər Məhkəmə Tibb Ekspertiza Şöbəsinin ərazisindəki köhnə anbarda baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib, yanğın söndürülüb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре