Qazaxıstanda silah mağazası yanır

Qazaxıstanın şimalındakı Kostanay şəhərində silah mağazasında güclü yanğın başlayıb.

Day.Az-ın məlumatına görə, yanğın 2 min kvadrat metr əraziyə yayılıb.

Qeyd olunur ki, yanğınla əlaqədar mağazadakı sursatların partlaması baş verir.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməsə də, mağazanın zirzəmi bölməsində 2 nəfərin qaldığı deyilir. Baş verən partlayışlarla əlaqədar xilasedicilərin yanğın bölgəsinə yaxınlaşması çətinləşib.

Məlumatlara əsasən, yanğın yaxınlıqdakı 8 fərdi evə keçib, iki avtomobilə ziyan dəyib.

Yanğının qarşısının alınması üçün 40 yanğınsöndürən və 12 texnika cəlb edilib.